Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda Dəyirmi masa keçirilib

29 mart 2023 | 09:59
Dəyirmi masada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Bakı şəhərinin rayonlarının İcra Hakimiyyətlərinin birinci müavinləri - fövqəladə hallar komissiyasının sədrləri, hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, “Təmiz şəhər” ASC-nin, “Azərişıq” ASC“Azəriqaz” İB-nin, “Azərsu” ASC-nin və digər aidiyyəti qurumların nümayındələri iştirak ediblər..
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirakçıları salamlayaraq dəyirmi masanın keçirilməsində əsas məqsədin əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də Bakı şəhər təyinatlı təşkilatlar və digər qurumlarla fövqəladə halların qarşısının alınması və bu cür hallarda fəaliyyətlərin koordinasiya olunması, görülmüş işlər və problemlərin müzakirə edilməsi, perspektivlərin müəyyənləşdirilməsi olduğunu bildirdi.
“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda FHN Bakı Regional Mərkəzinin rəisinin müavini Kamil Bağırov məruzə edib.
Sonra dəyirmi masanın mövzusu ətrafında icmal, məruzə və Bakı şəhəri rayonlarının Fövqəladə hallar üzrə komissiya sədrlərinin ötən il ərzində ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili istiqamətində görülmüş işlər, mövcud vəziyyət, problemlər və onların aradan qaldırılması üzrə arayış məruzələrini dinlənilib.
Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirib və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Keçidlər