Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Bülbülə qəsəbəsində növbəti səyyar görüşü keçirilib

16 mart 2023 | 09:41
Martın 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Bülbülə qəsəbəsində növbəti səyyar görüşü Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə keçirilib.
Səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında danışaraq bildirib ki, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətləri xalqımız və dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.
Həmçinin, Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən bəhs edən RİH başçısı onun ölkəmizə verdiyi ən böyük töhfəsinin məhz İlham Əliyev olduğunu vurğulayıb. Eyni zamanda, qəsəbə sakinlərini qarşıdan gələn elimizin gözəl bayramı olan Novruz münasibətilə təbrik edən RİH başçısı hər kəsə cansağlığı və səadət dolu günlər arzu edib.
Milli Məclisin deputatı Afət xanım Həsənova da Novruz bayramı münasibətilə xoş təbriklərini çatdıraraq bildirib ki, bu bayram öz gəlişi ilə evlərə bol ruzi-bərəkət və firavanlıq gətirsin. Ölkə başçımız Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan da danışan Afət xanım Həsənova bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər