Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün "Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti aparatının, yerli özünüidarəetmə orqanlarının və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir

16 fevral 2024 | 15:03

    Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün "Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti aparatının, yerli özünüidarəetmə orqanlarının və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir.

    “Milli Fəaliyyət Planı”na  uyğun olaraq tədbirdə korrupsiyanın anlayışı və formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verilmiş və interaktiv şəkildə fikir mübadiləsi aparılmışdır. Tədbirdə RİH rəhbərliyi və Hüquq şöbəsinin müdiri korupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırlması, şəffalığın artırılması və korrupsiya şəraiti yaradan halların aradan qaldırılması istiqamətində maarifləndirici çıxışlar etmişlər.

 

Keçidlər