İyunun 9 – da Suraxanı Rayon İcra Hakimiyyətində çimərlik mövsümünə hazırlığın, qanunsuz küçə ticarətinin və sanitar təmizliyin vəziyyəti, eləcə də bu istiqamətdə mövcud problemlərin həlli yolları ilə bağlı iclas keçirilib
09 iyun 2023 | 15:24
İyunun 9 – da Suraxanı Rayon İcra Hakimiyyətində çimərlik mövsümünə hazırlığın, qanunsuz küçə ticarətinin və sanitar təmizliyin vəziyyəti, eləcə də bu istiqamətdə mövcud problemlərin həlli yolları ilə bağlı iclas keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanovun, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda rayon ərazisində sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılaraq, mövcud yaşıllıqlara mütəmadi qulluq göstərildiyi qeyd olunub.
Həmçinin, küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
Çimərlik mövsümünün başlanması ilə əlaqədar rayon ərazisində fəliyyət göstərən dəniz kənarındakı iaşə və istirahət obyektlərinin mövcud vəziyyəti və istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər müzakirə olunub.