İyunun 28-də Suraxanı rayonundan Vətən müharibəsinin şəhidi olan Məmmədov Dostəli Seymur oğlunun doğum günü qeyd edildi
28 iyun 2022 | 10:16
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan Məmmədov Dostəli Seymur oğlu yaşasaydı bu gün 24 yaşı tamam olacaqdı.
Ailənin yeganə övladı olmasına baxmayaraq hər bir Vətən övladı kimi Dostəlinin də Vətən eşqi arzularının önündə olduğu üçün Vətənin dar günündə könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir və sentyabrın 30-u hərbi komissarlıq tərəfindən xidmətə çağrılır. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Dostəli Məmmədov Füzuli döyüşləri zamanı şəhid olub və Yeni Suraxanı qəsəbəsində şəhidlər xiyabanında dəfn olunub.