Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 28-də Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsi Suraxanı rayonu Dövlət Sərhəd Xidmətinin S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilmişdir.

30 iyun 2022 | 15:48

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, YAP Suraxanı Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak etmişlər.
Müsabiqə iştirakçılarının ifaları qonaqlara xoş ovqat bəxş etmişdir. Qeyd edək ki, Suraxanı rayon sakini Vüqar Əbilov da iştirakçı qismində müsabiqəyə qatılanlar sırasındadır.
Keçidlər