Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 27-də 44 günlük Vətən müharibəsinin Şəhidi Səfərov Cəsarət Xaliq oğlunun doğum günü qeyd edildi

27 iyun 2022 | 10:16
İyunun 27-də 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın əməkdaşları, Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Şəhid ailələri, rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, açılmış ehsan süfrasində ruhuna dualar oxumuş, ailəsinə dərin hüznlə başsağlığı vermişlər.
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Cəsarət kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını vurğulayaraq, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Qeyd edək ki, hər zaman vətənpərvərliyinə görə fərqlənən Cəsarət Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə vuruşaraq Laçın döyüşləri zamanı Şəhid olmuşdur.
Allahdan bütün Şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Məkanınız cənnət olsun, nur üzlü Şəhidlərimiz!
Keçidlər