Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 25-də Zığ qəsəbəsi, N saylı hərbi hissədə “26 İyun - Silahlı Qüvvələr günü” münasibətilə tədbir keçirilib.

25 iyun 2024 | 10:50
Suraxanı Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov, RİHB-nin müavinləri və şöbə müdirləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə hərbi hissənin həyətyanı sahəsində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “26 İyun - Silahlı Qüvvələr günü” münasibətilə ağacəkmə aksiyası keçirilib.
Daha sonra Hərbi hissənin klubunda davam edən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov bütün hərbiçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində onlara uğurlar diləyiblər. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir.
Bir qrup hərbi qulluqçu “26 İyun - Silahlı Qüvvələr günü” münasibətilə Rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunduqdan sonra bədii hissə nümayiş olunub.
Keçidlər