Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirmişdi

02 iyun 2022 | 17:46
İyunun 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirmişdir.
A.Muradov adına 84 №-li tam orta məktəbdə 180 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən infrastruktur layihələrindən danışaraq Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat vermişdir.
Daha sonra sakinlərin səsləndirdikləri problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər