Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Hövsan qəsəbəsinin sakinləri ilə keçirmişdir

16 iyun 2022 | 10:03
M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə 150 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. RİH başçısı qeyd etdi ki, Azərbaycan bu gün çoxəsrlik tarixinin ən Şanlı və ən qüdrətli dövrünü yaşayır. O, işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırdı.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər