Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 14-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş günü və 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

14 iyun 2022 | 12:43
İyunun 14-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş günü və 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, rayonun səhiyyə müəssisələrinin nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Məclisin deputatı Etibar Əliyev çıxışlarında Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizənin, çoxşaxəli fəaliyyətinin ölkəmizin bütün sahələrində olduğu kimi, eləcə də Azərbaycan səhiyyəsi və tibb elminin inkişafı və yüksəlişində də öz parlaq əksini tapdığını bildirmişlər.
Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin xilas edildiyini vurğulamış və qeyd etmişdir ki, Ümummilli lider üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev özündən sonra dövlətçiliyimizin varisliyini ən uğurlu şəkildə təmin edərək onu daha genişmiqyaslı imkan, bacarıq və keyfiyyətlərə malik liderə – İlham Əliyevə etibar etdi. Tarix və zaman onu da göstərdi ki, əsl rəhbərin və həqiqi liderin ən güclü keyfiyyəti dövlətini özünün şəxsiyyəti ilə eyniləşdirməsində deyil, xalqının və ölkənin taleyinə görə özündən sonra da narahat olmasında və onu daha böyük işlər görməyə qadir bir liderə etibar etməyə nail olmasındadır.
Tədbirin sonunda rayonun bir qrup tibb işçisi “17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə təltif edilmişlər.
Keçidlər