Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin, "Qarabağ" Futbol Klubunun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Azərsun Arena" stadionunda 44 günlük Vətən müharibəsində Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş 2009-2010-cu və 2011-2012-ci il təvəllüdlü rayon məktəbliləri arasında mini futbol üzrə "ZƏFƏR KUBOKU "-nun final mərhələsi keçirilmişdir

13 iyun 2022 | 11:44
İyunun 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin, "Qarabağ" Futbol Klubunun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Azərsun Arena" stadionunda 44 günlük Vətən müharibəsində Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş 2009-2010-cu və 2011-2012-ci il təvəllüdlü rayon məktəbliləri arasında mini futbol üzrə "ZƏFƏR KUBOKU "-nun final mərhələsi keçirilmişdir.
Turnirin bağlanış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, "Qarabağ" futbol klubunun baş meneceri Asif Əsgərov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şöbə müdirləri, Əmircan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 44 günlük qəhrəmanlıq savaşımızın tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını qeyd etmiş və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımızın dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunuvurğulamışdır. Həmçinin, RİH başçısı turnirin təşkilində dəstəyə görə “Qarabağ” Futbol Klubuna təşəkkür etmiş, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini bildirmişdir.
"Qarabağ" Futbol Klubunun baş meneceri Asif Əsgərov da yarış iştirakçılarını salamlamış və gənclərin diqqətinin idman yarışlarına cəlb edilməsinin əhəmiyyətindən danışmışdır.
2009-2010-cu il təvəllüdlü məktəblilər arasında 1-ci yeri - 282 №-li, 2-ci yeri 196 №-li, 3-cü yeri 89 №-li məktəblərin komandaları, 2011-2012-ci il təvəllüdlü məktəblilər arasında isə 1-ci yeri - 280 №-li, 2-ci yeri 282 №-li, 3-cü yeri 226 №-li məktəblərin komandaları qazanmışlar.
Qarşılaşmalardan sonra qalib komandalara kubok və mükafatlar, eləcə də "Qarabağ" FK-nın forma və atributları təqdim olunub.
Sonda "Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova xatirə hədiyyəsi təqdim edib.
Qalib komandaları bir daha təbrik edirik !
Keçidlər