İyunun 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Bülbülə qəsəbəsində növbəti səyyar görüşü 140 saylı tam orta məktəbdə keçirilib
13 iyun 2024 | 16:10
Səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. O, qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. Əziz Əzizov eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da ətraflı məlumat verib.
Həmçinin, ölkə başçımız Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışan Afət xanım Həsənova öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın bu uğurlara həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində nail olduğunu diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.