Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü keçirilib

11 iyun 2025 | 14:00
İyunun 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Hövsan qəsəbəsi, 196 saylı tam orta məktəbdə keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. O, qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər