Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının və Suraxanı RİH-in birgə təşkilatçılığı ilə “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

06 iyul 2022 | 09:27
Suraxanı RİH-in birgə təşkilatçılığı ilə “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə Suraxanı RİH başçısının birinci müavini Rəşad Hacıyev, müavinləri Fuad Cəbrayılov və Könül xanım Axundova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Eldəniz Əliyev, şöbənin əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdir müavini Orxan Novruzov, təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban xanım Əliyeva, eləcə də Suraxanı rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, sahibkarlar iştirak etmişlər.
Tədbirdə iqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, o cümlədən, sosial müdafiəyə etiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramı çərçivəsində (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məsələləri müzakirə edilmişdir.
Tədbirdə iştirak edən işəgötürənlər kadr çatışmazlığını qeyd edərək peşə məktəblərinin açılması məsələsini irəli sürdülər. Eyni zamanda bəzi peşələr üzrə sertifikatların verilməsi işində çətinliklərin olduğu diqqətə çatdırılmışdır.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının şöbə müdiri Mehriban xanım Əliyeva Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişdir.
Həmçinin, Agentliyin əməkdaşları çıxışları ilə tədbir iştirakçılarına mövzu ətrafında geniş məlumat vermiş, ortaya çıxan suallar müzakirə olunmuşdur.
Keçidlər