İyulun 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Zığ qəsəbəsində növbəti səyyar görüşü 65 saylı tam orta məktəbdə keçirilib.
04 iyul 2024 | 17:28
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. O, qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. Əziz Əzizov eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da ətraflı məlumat verib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.