İyulun 23-də Şəhidimiz Kazımlı Mürsəl Kamil oğlu da doğum günündə anıldı.
23 iyul 2022 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, müavin Fuad Cəbrayılov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Şəhid ailələri Şəhidin doğum günü münasibətilə onun xatirəsini Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş xatirə kompleksi və məzarı önündə ziyarət edərək gül dəstələri düzmüş, ailəsinə baş çəkmişlər. Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləmişlər.
Qeyd edək ki, Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.
İnanırıq ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Çünki məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.