Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları, erkən nikahlar” mövzusunda növbəti tədbir iyunun 6-da Zığ qəsəbəsi üzrə 317 saylı tam orta məktəbdə keçirilib

07 iyun 2022 | 14:09
 
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin nümayəndələri, Zığ qəsəbəsi bələdiyyə sədri, şagirdlər və valideynlər iştirak etmişlər.
Tədbirdə ölkəmizdə insan hüquqlarının qorunmasına yüksək diqqət göstərildiyi, hər bir vətəndaş üçün bərabər imkanlar yaradıldığı, hüquqlarının təmin edildiyi vurğulanaraq, günümüzün ən aktual problemlərindən biri olan erkən nikahların doğurduğu fəsadlar, cəmiyyətimizə vurduğu ziyanlardan bəhs edilmiş, videoçarx nümayiş olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova çıxış edərək məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əsas fəaliyyət istiqamətlərindən olan sözügedən mövzuya xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırdı. K.Axundova problemlə mübarizədə ciddi maarifləndirmə işlərinin aparılmasının önəmindən də danışmışdır.
Tədbirdə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Gülarə Mirzəyeva, 3 nömrəli doğum evinin baş həkimi İmmi Ələkbərova, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, psixoloq, tibb işçisi və müəllimləri çıxış edərək erkən nikahların məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açdığını bildirmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimə və cəza tədbirlərinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Keçidlər