Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” və “12 İyun – Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü” çərçivəsində “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzusunda tədbir keçirilib

11 iyun 2024 | 14:57
İyunun 11-də 317 saylı tam orta məktəbdə keçirilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Suraxanı rayon Polis İdarəsinin İctimaiTəhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və layihələr həyata keçirilir. Rayon İcra hakimiyyəti yanında yetkinlik yaşına çatmayan uşaqların işləri üzrə komissiya tərəfindən azyaşlıların hər zaman diqqət və qayğı mərkəzində olduğunu vurğulayan K.Axundova onların düzgün tərbiyə olunmaları, qarşılaşdıqları problemlərin aradan qaldırılması, hərtərəfli təhsil almalarının daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən 317 saylı tam orta məktəbin direktoru Leyla Əliyeva, Zığ Bələdiyyəsinin sədri Abdulla Məmmədov, Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev, 30 saylı tibb ambulatoriyasının baş həkimi Gülşən Yusubova bildiriblər ki, uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir göstərir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir.
Tədbirdə mövzu ilə bağlı prezentasiyalar, videoçarxlar, eləcə də şagirdlərin təqdimatında uşaqların hüquqlarının qorunmasına dair səhnəciklər və rəqslər nümayiş olunub, ifalar səsləndirilib.
Keçidlər