Şriftin ölçüsü :

Saytın rəngi :

Hövsan qəsəbəsində növbəti səyyar qəbul keçirildi

03 noyabr 2022 | 16:08
Noyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib.
V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə baş tutan görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, RİH başçsının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun qəsəbələrində yaşayan sakinlərlə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan Əziz Əzizov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.
Qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində Suraxanıda, o cümlədən, Hövsan qəsəbəsində görülən işlər və icrası nəzərdə tutulan abadlıq-quruculuq tədbirləri barədə sakinlərə məlumat verən rayon rəhbəri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb, Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı tikinti-bərpa-quruculuq işlərinin ölkəmizin sürətli inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Həmçinin, səyyar görüşdə iştirak edən Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da ölkə başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Keçidlər