Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Suraxanıda ağacəkmə aksiyası keçirilib

10 mart 2023 | 14:43
“Heydər Əliyev İli” çərçivəsində Suraxanıda ağacəkmə aksiyası keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrasına uyğun olaraq Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
Martın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı rayon təşkilatının sədrinin, N saylı hərbi hissənin rəhbərliyinin, RİHB-nin müavinləri və şöbə müdirlərinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ağacəkmə aksiyasında 1000-ə yaxın ağac əkilib.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Keçidlər