Şriftin ölçüsü :

Saytın rəngi :

G.Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində 15 İyun Milli Qurtuluş günü və 37 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

13 iyun 2022 | 12:44
İyunun 13-də G.Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində 15 İyun Milli Qurtuluş günü və 37 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər qonaqlar iştirak etmişlər.
37 nömrəli Uşaq Musiqi Məktəbinin şagird və müəllim kollektivinin təqdimatında rəngarəng konsert proqramı nümayiş olunmuşdur.
Konsert proqramından sonra RİH başçısı Əziz Əzizov çıxış edərək 37 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik etmiş, eyni zamanda bildirmişdir ki, 15 İyun – Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə mühüm önəm daşıyır. O, bildirmişdir ki, iyirmi doqquz il öncə gerçəkləşən bu tarixi gün xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə Ümummilli Lider yenidən hakimiyyətə gəlməsəydi, şübhəsiz ki, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olacaqdı.
Rayon rəhbəri qeyd etmişdir ki, Ümummilli Lİder Heydər Əliyev böyük qayıdışı ilə respublikamızı uçurumdan qurtardı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və hazırda Azərbaycan tarixin ən şərəfli günlərini yaşayır.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur.
Tədbirin sonunda 37 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibətilə bir qrup müəllim heyəti Məktəbin
Təşəkkürnaməsi ilə təltif edilmişlər.
Keçidlər