Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

18 oktyabr 2024 | 13:12
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin əməkdaşları, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Akademiyanın rəisi qeyd edib ki, 1993-cü ildə ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndərin “Azərbaycanın Müstəqilliyi gündən – günə möhkəmlənməkdədir. Bu Müstəqillik dönməzdir, sarsılmazdır, əbədidir!” sözlərini xatırladan B. Salayev bildirib ki, müstəqilliyimizin bərpası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.
Keçidlər