Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 3-də Suraxanı Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda tədbir keçirilib

03 fevral 2023 | 17:09
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə və dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətində şəffaflığının təmin edilməsi qətiyyətlə yerinə yetirilir. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin əsas götürülməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallıqla şərtlənir. Korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini verməkdədir.
RİH başçısı onu da qeyd edib ki, qarşıya qoyulan vəzifələrin tam icrası, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər bundan sonra da davam etdirilməlidir.
Keçidlər