Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 24-də Suraxanı rayonunda “Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinə dair” mövzusunda Suraxanı Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə fəaliyyət müşavirəsi keçirilib

24 fevral 2023 | 10:32
Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında baş tutan görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Eldəniz Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu - Yusif Bağırov, digər dəvət olunan dövlət qurumları, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qonaqları salamlayaraq mövzunun aktuallığını qeyd edib. O, çıxışında bildirib ki, rayon ərazisində fəaliyyət göstərən sahibkarların mövcud çətinliklərinin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə keçirilən müşavirə rayonda sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına və marifləndirilməsinə xidmət edir.
Sahibkarların iştirakı ilə keçirilən müşavirədə mövcud cari problemlər müzakirə olunub, aidiyyəti qurumların rəhbərləri tərəfindən müvafiq izahatlar verilib və ya operativ müsbət həllinə nail olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun Suraxanı rayonu üzrə KOB dostu - Yusif Bağırov mövzu ətrafında çıxış edərək görüləcək birgə tədbirlərin keçirilməsində məqsədin Kiçik və Orta Biznesə dəstək göstərilməsi işinin yüksək səviyyədə təşkil olunmasını qeyd edib.
Daha sonra aidiyyəti mütəxəssislər və sahibkarlar arasında mövzu ətrafında geniş müzakirələr aparılıb. Sahibkarlar tərəfindən üzəşdikləri hüquqi məsələlərdə yaranmış çətinliklərlə bağlı suallar cavablandırılıb və gələcək planlarla bağlı təkliflər səsləndirilib.
Keçidlər