Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 16-da Suraxanı Gənclər Evində Suraxanı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə " Əmək Yarmarkası " keçirilib

16 fevral 2024 | 17:00
Yarmarkada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, RİHBA-nın şöbə müdiri Eldəniz Əliyev və əməkdaşı Rəfiqə Məmmədova, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Bakı Regional Məşğulluq Filialında şöbə müdiri Ədalət Şəmdiyev, Təhlil və tərəfdaşlarla iş şöbəsinin mütəxəssisi Ramin Malikli, eyni zamanda “Xonça”, “Azəpoçt”, “Mirzəoğlu”, “Yelo bank”, “Azani tekstil”, “Nur mobilya”, “Azersun” və digər təşlilat, müəssisələrin nümayəndələri iştirak ediblər.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, onlardan uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.
Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Keçidlər