Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Qızlar müzakirəyə qoşulur!" adlı görüş keçirilib

16 fevral 2024 | 16:00
Suraxanı Gənclər Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsünə əsasən təşkil olunan görüşdə qızların ictimai fəallığının artırılması, təhsildən yayınma, eləcə də erkən nikahın mənfi fəsadları mövzusunda maarifləndirici söhbətlər aparılıb. Uşaq Səfirlər Məclisinin üzvləri əmək istismarı, komplekslər və stereotiplər haqqında diskussiya aparıblar.
 Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva erkən nikahın, uşaq istismarının aktuallığı məsələsinə toxunaraq çıxış edib, eləcə də tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
Keçidlər