Fevralın 10-da Suraxanı Gənclər evində “Ulu Öndər Heydər Əliyev və bugünkü gənclərin üzərinə düşən vəzifələr” adlı mövzu ətrafında görüş keçirilmişdir
10 fevral 2023 | 10:30
Fevralın 10-da Suraxanı Gənclər evində “Ulu Öndər Heydər Əliyev və bugünkü gənclərin üzərinə düşən vəzifələr” adlı mövzu ətrafında keçirilən görüşün qonaqları Milli Məclisin deputatları Etibar Əliyev, Aydın Mirzəzadə, politoloq Zaur Məmmədov olub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, RİHBA-nın, Gənclər evinin, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon gəncləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunan tədbirdə Türkiyədə təbii fəlakət nəticəsində zəlzələdə həyatını itirənlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub və onların xatirəsinə rayon gəcləri tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Səmimi və maraqlı söhbət əsnasında suallar cavablandırılıb.
Gənclərə Ümummilli Liderimiz Heydər Əliyevin keçdiyi həyat yolu, gənclər və təhsil siyasəti, dövlət quruculuğu sahəsində apardığı islahatlar barədə dəyərli bilgilər verilib.
Gələcəyimiz olan gənclərimizə faydalı məsləhətlər verməklə yanaşı mütaliə mədəniyyətindən də söhbət açılıb.