Fevralın 05-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
05 fevral 2025 | 17:50
Fevralın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 104 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Qaya Məmmədov da iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırıb. RİH başçısı əmiliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır.
Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, sakinləri narahat edən problemlərin həlli ilə bağlı məsələlər müntəzəm olaraq Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılır və bundan sonra da bu istiqamətdə lazımi tədbirlər həyata keçiriləcək.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.