Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun doğum günü məzun olduğu 315 №-li tam orta məktəbdə qeyd edilib

23 noyabr 2022 | 15:03
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhidin ailə üzvləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Leyli Rüstəmova bütün Şəhidlərimizin timsalında Röyal Balaşzadəyə Allahdan rəhmət, onun ailəsinə isə səbr diləyib.
Sonra məktəbin şagirdləri tərəfindən şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və videoçarx nümayiş etdirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
Sonda Şəhidin ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Keçidlər