Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2002-ci il təvəllüdlü Şirinov Polad Seyran oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilmiş, sonra II Fəxri xiyabanda dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.
15 sentyabr 2022 | 19:39

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları Afət xanım Həsənovanın, Etibar Əliyevin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, rayon Prokuroru Rəşid Mahmudovun, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə Şəhidin əziz xatirəsi ehtiramla yad edilmişdir.
RİH başçısı Əziz Əzizov Şəhidin ailə üzvlərinə təskinlik verərək bildirmişdir ki, Şəhidlərimiz bizim qürur mənbəyimizdir, fəxr olunan belə igid oğullarımızın hesabına əzəli torpaqlarımız azadlığa qovuşmuşdur.