Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan Silahlı qüvvələrinin təxribatı nəticəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan xüsusi təyinatlı qüvvələrin mənsubu şəhid Balaşzadə Röyal Atduxan oğlunun doğum günüdür

23 noyabr 2023 | 09:54
Ermənistan Silahlı qüvvələrinin təxribatı nəticəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan xüsusi təyinatlı qüvvələrin mənsubu şəhid Balaşzadə Röyal Atduxan oğlunun doğum günüdür.
Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olub. 2010-cu ildə Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olan aröyal 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün Röyal müxtəlif peşələrdə işləməyə başlayır.
2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir.
12-13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi. Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi.
Röyal 14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirilub, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Binə qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunur.
Röyal hələ uşaqlıq yaşından Vətənə dərin məhəbbəti və bu yolda səy göstərməsilə seçilirdi. İbtidai sinifdə oxuyarkən tədbir zamanı müəlliminin "böyüyəndə kim olmaq istəyirsən?"- sualına "mən istərdim ki, Vətən yolunda şəhid olum"- cavabını verir. Ailə üzvləri şəhid Röyal Balaşzadə haqqında xatirələrini danışarkən, kiçik yaşlarından şəhidlik arzusunda olduğunu və vətənpərvərlik tərbiyəsində atasının xüsusi rolunun olduğunu qeyd edirlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid Röyal Balaşzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Keçidlər