Əmircan qəsəbəsində səyyar görüş keçirilib
01 avqust 2024 | 15:21
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar qəbulu rayonun Əmircan qəsəbəsində keçirib.
Qəbul planına uyğun olaraq 97 saylı tam orta məktəbdə Əmircan qəsəbə sakinləri ilə keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar mənzil və işlə təmin olunma, küçələrin asfaltlanması, ünvanlı sosial yardımın təyin edilməsi və digər məsələlərlə bağlı onları narahat edən müxtəlif məsələlərə toxunublar.
Qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər baxış keçirilməsi və araşdırılması üçün nəzarətə götürülməklə həlli ilə əlaqədar İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.