Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya birincisi, 279 nömrəli tam orta məktəb in məzunu olmuş Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunaraq hər kəsi sevindirdi

29 mart 2024 | 17:00
Məmmədova Qəndab Şaiq qızı Birləşmiş Ştatların  Kopernik olimpiadasında iştirak hüququ qazanan ilk azərbaycanlı qız təmsilçisi olaraq “Beynəlxalq Kopernik Olimpiadası”nın fizika-astronomiya fənləri üzrə ABŞ-da keçirilən final mərhələsində ölkəmizi uğurla təmsil etmiş və qızıl medala layiq görülmüşdür.
 Suraxanı Rayon İcra Hakimiyyəti adından 279 №-li tam orta məktəbin direktoru Sudabe Abdullayeva başda olmaqla məktəbin kollektivini, eləcə də Qəndab Məmmədovanı və onun valideynlərini təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.
 İnanırıq ki, Qəndab ölkəmizin adını bundan sonra da yüksəklərə qaldıracaq
Keçidlər