Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə məktəblilərin suallarını cavablandırdı

09 iyun 2023 | 17:24
Təhsil TV-nin “İmtahan” layihəsinin qonağı olmuş Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə məktəblilərin suallarını cavablandırarkən ən maraqlı sual müəllifi kimi 327 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nəzrin Sadıqlı seçilib.
Qeyd edək ki, Nəzrin Sadıqlının mükafatlandırılması məqsədilə iyunun 9-da Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə 327 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirib.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Könül Axundova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, məktəbin 9 və 11-ci sinif şagirdləri iştirak ediblər.
Görüş zamanı Məleykə Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı məlumat verib, məktəblilərin suallarını cavablandırıb.
Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov buraxılış siniflərində təhsil alan şagirdlərlə görüşün xüsusi əhəmiyyətini vurğulayıb, növbəti imtahanlarda onlara uğurlar arzulayıb.
BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəblərdə aparılan monitorinqlərin nəticələri, buraxılış imtahanlarının təhlilləri barədə danışıb.
Keçidlər