Şriftin ölçüsü :

Saytın rəngi :

Doğum günləri ərəfəsində Şəhidlərimiz Əsədov Səbuhi Azər oğlunun məzunu olduğu R.Abidov adına 85 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib, eləcə də Həsənov İbrahim Şöhrət oğlunun ailə üzvləri ziyarət edilib

18 yanvar 2023 | 12:05
R.Abidov adına 85 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidimiz Səbuhi Əsədovun həyatını özündə əks etdirən video-çarx nümayiş olunub.
Məktəblilərin təqdimatında bədii kompozisiya təqdim edilib, vətənə və qələbəyə aid şeirlər səsləndirilib, Səbuhi Əsədovun məktəbin məzunu olmasından qürurla söz açılıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildiriblər. Qeyd olunub ki, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimiz də qəlblərdə daim əbədi yaşayacaq. Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə örnək və nümunə göstərmək hər birimizin üzərinə düşən ən əsas vətəndaşlıq vəzifəsidir.
Həmçinin, şəhidimiz Həsənov İbrahim Şöhrət oğlunun Bülbülə qəsəbəsində yaşayan ailə üzvləri ziyarət olunub, ehsan süfrəsi açılıb. Bütün Şəhidlərimizin əziz ruhuna dualar oxunub.
Şəhidlərimizin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə ediblər.
Keçidlər