Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 5-də Vətən müharibəsi şəhidi Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd edilib

06 dekabr 2023 | 09:26
Dekabrın 5-də Vətən müharibəsi şəhidi Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd edilib
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub
 Şəhidin məzun olduğu 318 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şerlər səsləndiriblər.
Keçidlər