Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 28-də Suraxanı rayonunda ərzaq sovqatları paylanıldı

28 dekabr 2022 | 13:40
Suraxanı rayonunda ərzaq sovqatları paylanıldı
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan 350 aztəminatlı ailəyə, o cümlədən Şəhid ailələrinə, qazilərə ərzaq sovqatı paylanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ailələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara bol ruzi və əmin-amanlıq arzulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə məğrur xalq kimi tanınan Azərbaycan bütün dünyaya birliyini sübut etdi.
Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər