Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 2-də Vətən müharibəsi şəhidi Səmədli Elşən Bayram oğlunun anım günü qeyd edilib

02 dekabr 2023 | 10:40
Dekabrın 2-də Vətən müharibəsi şəhidi Səmədli Elşən Bayram oğlunun anım günü qeyd edilib
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Qubadlının azad olunmasına görə” medalına layiq görülən Şəhid Səmədli Elşən Bayram oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub🥀
 Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.
Keçidlər