Dekabrın 19-da Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
19 dekabr 2024 | 08:06
Dekabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 154 saylı tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Eyni zamanda, RİH başçısı Adil Əliyev və Milli Məclisin deputatı Afət Həsənova sakinlərin müraciəti əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yolların asfaltlanması ilə bağlı məsələnin araşdırılması məqsədilə vətəndaşlarla görüşüblər.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, ölkəmizin hər bölgəsində, xüsusən də işğaldan azad olunan ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışaraq əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, həmçinin, ötən ay ölkəmizdə keçirilmiş COP29 və digər beynəlxalq tədbirlərin ölkəmizin dünyada artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb.
Həmçinin, rayon ərazisində sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində xeyli işlərin görüldüyünü diqqətə çatdıran Milli Məclisin deputatı Afət Həsənova da müraciətlərə aydınlıq gətirərək qeyd edib ki, onların böyük əksəriyyətini təşkil edən yolların asfaltlanması, kanalizasiya xətlərinin çəkilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.