Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 17-də Yeni Azərbaycan Partiyası Suraxanı rayonu Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi ilk təşkilatının 25 illiyi qeyd olunub.

17 dekabr 2022 | 14:00
Yeni Azərbaycan Partiyası Suraxanı rayonu Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi ilk təşkilatının sədri Cəmilə Ağayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb, görülən işlər barədə ətraflı məlumat verib, xatirələriylə bölüşüb.
RİH başçısı Əziz Əzizov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlərə imza atır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Suraxanı rayonu Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi ilk təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və ictimai-siyasi proseslərdə fəallıqları ilə təşkilat üzvlərinin Heydər Əliyev ideyalarına sədaqətini, dövlətə və dövlətçiliyə bağlılıqlarını, Prezident cənab İlham Əliyevin siyasətinin birmənalı şəkildə dəstəklədiklərini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib
Keçidlər