Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 11-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib

11 dekabr 2024 | 16:39
Dekabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 172 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva da iştirak edib.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər haqqında, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Həmçinin, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da qaldırılan bir sıra məsələlərə aydınlıq gətirib. O, ölkə başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər