Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin Şəhidi leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.

09 avqust 2023 | 11:20
1999-cu il avqustun 9-da Bakı şəhərində anadan olan Samir Əliyev 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayan leytenant Əliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Sentyabrın 29-da Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv edərək düşmən tankını geri çəkilməyə məcbur edən Samir yaralanmasına baxmayaraq digər yaralı yoldaşlarına kömək edərək onları təhlükəli ərazilərdən çıxarıb.
İgid Samir Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. və II Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, Samir Əliyev ölümündən sonra prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən III dərəcəli "Rəşadət" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Samir Əliyevin doğum günü münasibətilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşlarının, Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Samir Əliyevin timsalında bütün şəhidlərimizə rəhmət, onların ailə üzvlərinə isə səbr diləyirik.
Keçidlər