Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Qəhrəmanov Orxan Səlvər oğlunun doğum günüdür. Doğum günündə şəhidin məzarı ziyarət olunub

28 mart 2023 | 09:13
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Qəhrəmanov Orxan Səlvər oğlunun doğum günüdür. Doğum günündə şəhidin məzarı ziyarət olunub.
44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən Orxan Qəhrəmanov 28 mart 1991-ci ildə Bakı şəhərində anadan olub.
1997-2006-cı illərdə N.Rəfiyev adına 104 saylı tam orta məktəbdə təhsil alan Orxan Qəhrəmanov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 6-da qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, ölümündən sonra şəhid əsgər Qəhrəmanov Orxan Səlvər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Orxan Qəhrəmanovun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər