Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Famil Pirvələdovun doğum günüdür.

30 may 2024 | 14:49
Famil Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Famil Pirvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Famil Pirvələdov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Famil Pirvələdovun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
Keçidlər