Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan əsgər Orucov Coşqun Oruc oğlunun doğum günüdür

28 yanvar 2024 | 09:27
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan əsgər Orucov Coşqun Oruc oğlunun doğum günüdür. Coşqun Orucov 28 yanvar 2001-ci il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli tam orta məktəbdə alıb.
Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, oktyabrın 25-də Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirərkən şəhid olub.
Coşqun Orucov ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər