Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımzadə Tahir Sərdar oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

27 sentyabr 2023 | 10:34
Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımzadə Tahir Sərdar oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.
Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Tahir Qasımzadə sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, şərti adı "Üçtəpə" adlanan yüksəklikdə şəhid olub.
Tahir Qasımzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tahir Qasımzadənin timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər