Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımlı Muxtar Əli oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür

02 oktyabr 2023 | 10:03
Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımlı Muxtar Əli oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.
Şəhidin anım günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onun ailə üzvlərinə dərin ehtiramla başsağlığı verib, şəhidimizə allahdan rəhmət diləyib.
Qeyd edək ki, 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olan Muxtar Qasımlı 1999-cu ildə 318 nömrəli tam orta məktəbə daxil olub, 2009-cu ildə isə həmin məktəbi bitirib. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili alıb. Erkən yaşlarından idmana marağı olan Muxtar dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə isə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.
Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.
Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində əsgər yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına həlak olur.
Muxtar Qasımlı ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər