Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şahbazov Elnur Qədir oğlunun doğum günüdür

20 avqust 2023 | 09:58
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şahbazov Elnur Qədir oğlunun doğum günüdür. 
20.08.2001-ci il tarixdə Bakı şəhərində anadan olan Elnur Şahbazov 2019-cu il oktyabrın 2-də həqiqi hərbi xidmətə yollanıb, Goranboy rayonu ərazisində yerləşən “N“ saylı hərbi hissədə xidmət edib. Sonra xidmətini Cəlilabad rayonunda yerləşən Xüsusi təyinatlı “N “ saylı hərbi hissədə davam etdirib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ilk gündən iştirak edən Elnur Şahbazov Şuşa şəhəri istiqamətində gedən döyüşdə Daşaltı kəndində şəhidlik zirvəsinə yüksəlib.
Şəhidimiz oktyabrın 24-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunub.
Elnur Şahbazov ölümündən sonra ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı“ ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü“ , “Füzulinin azad olunmasına görə“ “Xocavəndin azad olunmasına görə“, “Cəbrayılın azad olunmasına görə“, “Kəlbəcərin azad olunmasına görə“ və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Elnur Şahbazovun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
Keçidlər