Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cabarzadə Cavid Qorxmaz oğlunun doğum günüdür

10 avqust 2023 | 11:52
Cabarzadə Cavid Qorxmaz oğlu 1997-ci il avqustun 10-da Bakı şəhərində anadan olub.
O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
O, oktyabrın 24-də Xocavənd döyüşləri zamanı şəhid olub, II Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, Cavid Cabarzadə ölümündən sonra Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cavid Cabarzadənin timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
Keçidlər